“Android Erası 2″ müsabiqəsində yazılmış tətbiqlər

Written by Androidage2 on . Posted in Android Erası2

Müsabiqənin qalibi: Rüfət Babakişiyev – Catch Me If You Can

İkinci yer: Şahin Abdurəhimov – Yarışaq

Üçüncü yer: Tahir Hacızadə – AZDroid

 

Müsabiqədə iştirak etmiş digər tətbiqlər (təsadüfi ardıcıllıqla düzülmüşdür):

Ələkbər Vəlizadə – Bulls and Cows

Fərhad R – Easy Azeri

Elvin Hacı – Offline Tests

Toğrul Seyid – PolyDroid

Şakir Gülməmmədov – Serfeli Tariff

Azər Abbasov – Speed Finger

Səttar Hümmətli – eMakler

Valeh Ağayev – Gombulless

Kamran Qurbanlı – Kub

Murad Mustafayev – Sağlam Qida

Emin Məstizadə – Turbo Translator

Nicat Süleymanov – Azerbaijan Guide

“Android Erası2” müsabiqəsinin yekunlarına dair tədbir keçiriləcək

Written by androidage2 on . Posted in Android Erası2


Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan Hackathon Azərbaycan-ın “Android Erası 2” müsabiqəsi yekunlaşmaq üzrədir. 6 May 2012-ci il tarixində saat 11:30-da Qafqaz Universitetində müsabiqənin yekunlarına dair tədbir keçiriləcək. 15-23 mart tarixindən start götürən müsabiqəyə 124 müraciət olub. Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb. Yarışma çərçivəsində iştirakçılar tərəfindən 15 mobil tətbiq yazılıb.

“EuroCup” mövzusunda mobil proqram müsabiqəsi elan olunur

Written by Androidage2 on . Posted in Android Erası2

“Hackathon Azərbaycan” layihəsi çərçivəsində daha bir yarışmaya – “EuroCup” mövzusunda mobil proqram müsabiqəsinə start verilir.

Müsabiqədə Android platforması üçün Azərbaycan və ya ingilis dilində yazılan tətbiqlər (Applar) yarışacaq. Müsabiqədə iştirak şərtləri barədə ətraflı məlumatı hackathonazerbaijan.org saytından əldə etmək olar.

Ən yaxşı tətbiq yazmış şəxslər müsabiqənin baş sponsoru Samsung şirkətinin nümayəndələri və layihənin baş meneceri Rəşad Əliyev tərəfindən qiymətləndiriləcək.

“Eurovision” mövzusunda mobil proqram müsabiqəsinə proqram qəbulu başa çatdı

Written by Androidage2 on . Posted in Android Erası2

Daha öncə də məlumat verdiyimiz kimi, “Hackathon Azərbaycan” layihəsi çərçivəsində təşkilatçılar tərəfindən “oyun içində oyun” adlandırılan “Eurovision” mövzusunda mobil proqram müsabiqəsi elan olunmuşdu. Müsabiqəyə proqram qəbulu artıq başa çatıb.

Müsabiqədə Android platforması üçün Azərbaycan və ya ingilis dilində yazılan tətbiqlər (Applar) yarışır.

Müsabiqəyə tətbiqlər baş sponsor Samsung şirkətinin ofisində, şirkət nümayəndələri və layihənin baş meneceri Rəşad Əliyev tərəfindən müzakirəyə çıxarlıb. Aparılan müzakirələr nəticəsində qərara gəlinib ki, tətbiqlərə rəhbərlik səviyyəsində də baxış keçirilsin.

Beləliklə, “Eurovision” mövzusunda mobil proqram müsabiqəsinin qaliblərinin elanı 6 may tarixində, yəni “Android Erası” yarışmasının yekun tədbirinə planlaşdırılır.

“Android Erası 2″ yarışmasının növbəti təlimində Samsung Galaxy Note test olundu

Written by Androidage2 on . Posted in Android Erası2

15 aprel 2012-ci il tarixində “Educat” Tədris Mərkəzində Samsung-un platin sponsorluğu ilə “Android Erası 2″ yarışmasının üçüncü təlimi keçirilib. İştirakçıların həvəslə qatıldığı təlimin əsas mövzuları aşağıdakılar olub:

- Melumat bazasi ile islemek (SQLite)
- Sazlama ekranlari
- Lokalizasiya (birden cox dil desteyi)

Bundan əlavə, növbəti təlim daha bir yaddaqalan məqamla da seçilib. Belə ki, bu dəfə iştirakçılara “Android Erası 2″ yarışmasının baş sponsoru Samsung tərəfindən iştirakçıların yazmış olduqları proqramları test etmək məqsədilə Galaxy Note modeli təqdim olunub. Bu dəfəki məşğələnin təlimçisi Rəcəb Davudovun sözlərinə görə Samsung Galaxy Note üzərində analizlərin aparılması iştirakçılarda böyük maraq yaradıb: “Samsung şirkətinin bizə test üçün təqdim etdiyi bu model iştirakçılara yazılan proqramların real telefonda necə işlədiyini görməkdə yardımçı oldu. Çünki emulyatorlarda işləyən tətbiqlər hər zaman real telefonlarda istifadə olunduqda gözlənilən kimi işləmir. Galaxy Note üzərində ən son təlimdə database ilə əlaqəli login ekran və Azərbaycan-Rus-İngilis dillərində lokalizasiyasından ibarət tətbiqlər test olundu. Çox gözəl nəticələr əldə etdik. Samsung şirkətinə təlimlərimizə dəstək olduğu üçün bir daha təşəkkürümüzü bildiririk”.

Məlumat üçün qeyd edək ki, “Android Erası 2″ yarışması çərçivəsində növbəti təlim aprel ayının 22-nə planlaşdırılır.

“Hackathon Azərbaycan”-ın “Eurovision” müsabiqəsi haqqında…

Written by androidage2 on . Posted in Android Erası2

Daha öncə də məlumat verdiyimiz kimi, “Hackathon Azərbaycan” layihəsi çərçivəsində təşkilatçılar tərəfindən “oyun içində oyun” adlandırılan “Eurovision” mövzusunda mobil proqram müsabiqəsi elan olunur.

Müsabiqədə Android platforması üçün Azərbaycan və ya ingilis dilində yazılan tətbiqlər (Applar) yarışacaq. “Eurovision” mövzusunda tətbiq yazan müəlliflər öz işlərini (həmçinin adını, soyadını, əlaqə nömsərini yazmaqla) 17 Aprel 2012-ci il tarixinədək eurovision@hackathonazerbaijan.org e-poçt ünvanına göndərərək təhvil verməlidirlər.

Təqbiqin əvəlində Hackathon Azerbaijan və Samsung loqoları olması vacibdir. (Loqoları burdan yükləyə bilərsiz)


Ən yaxşı tətbiq yazmış şəxslər müsabiqənin baş sponsoru Samsung şirkətinin nümayəndələri və layihənin baş meneceri Rəşad Əliyev tərəfindən qiymətləndiriləcək.

Ən yaxşı tətbiq yazmış qalibə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək. Bundan əlavə, əgər yazılan layihələr yüksək səviyyəli olarsa Samsung şirkəti smartfonlarında o tətbiqləri yerləşdirəcək. Bu tətbiqlər smartfonlarda əsas proqramlar siyahısında olacaq.

Müsabiqənin nəticələri aprel ayının 22-də elan olunacaq.

P.S. Müsabiqə tətbiqlərində Eurovisionun rəsmi loqosu olmamalıdır.