“Android Erası 2” yarışmasının açılış mərasimi keçiriləcək

Written by ellada on . Posted in Android Erası2

Daha öncə də məlumat verdiyimiz kimi, Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan Hackathon Azərbaycan-ın “Android Erası2” müsaqbiqəsinə start verilib. 15-23 Mart tarixləri arasında davam edən qeydiyyat mərhələsi artıq başa çatıb. 124 müraciətdən, 86 nəfər yarışmada iştirak hüququ qazanıb.

Sabah, 25 Mart 2012-ci il tarixində, saat 10:30-da Xəzər Universitetində ( Neftçilər kampusunda) “Android Erası2” yarışmasının açılış mərasimi keçiriləcək. Tədbirdə yarışma barədə ətraflı informasiya, müsabiqədə iştirak şərtləri, Android platformasından gəlir əldə etmək imkanları, ən çox tələbat duyulan mobil proqramlar barədə məlumatlar veriləcək.

Bundan əlavə, müsabiqənin baş sponsoru Samsung tərəfindən xüsusi olaraq həyata keçirilən, bütün Android həvəskarları üçün açıq olan “Eurovision” və “EuroCUP” yarışları haqqında da geniş məlumat təqdim olunacaq.

Qeyd edək ki, “Android Erası 2” yarışması Samsungun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.

Yarışma müddətində 50-dən çox Application (tətbiqi proqram) yazılışı nəzərdə tutulur. Burada məqsəd Azərbaycan dilində olan proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və “İlk addımlar” layihəsidir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Təqdim olunacaq hədiyyələr bunlardır:

I yer – Samsung Galaxy Note,
II yer – Samsung Galaxy Nexus,
III yer- Samsung Galaxy S II,

Bununla yanaşı müsabiqənin baş sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.

Hackathon – hacker neologiyasıdır – proqramistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir. Ətraflı məlumatı www.hackathonazerbaijan.org saytından əldə edə bilərsiniz.