“Android Erası 2” Təşkilat Komitəsinin növbəti görüşü baş tutub
Samsung-un baş sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışmasının qeydiyyat mərhələsi artıq yekunlaşıb.
Bu gün – 24 mart tarixində “Android Erası 2” yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü baş tutub. Görüşdə əsas müzakirə mövzusu mart ayının 15-dən etibarən start götürən seçim turunun nəticələri ilə bağlı olub.
Qeyd olunub ki, 15-23 mart arasında keçirilən qeydiyyat mərhələsində 124 müraciət qeydə alınıb. Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb.
Görüşdə həmçinin, 25 mart tarixində seçim prosesinin nəticələri ilə bağlı keçiriləcək tədbir barədə də fikir mübadilələri aparılıb. Seçim mərhələsindən uğurla keçəcək iştirakçılar üçün nəzərdə tutulan treninq-məşğələlərinə dair müzakirələr də görüşün əsas mövzularından biri olub.