“Eurovision” mövzusunda mobil proqram müsabiqəsinə proqram qəbulu başa çatdı

Written by Androidage2 on . Posted in Android Erası2

Daha öncə də məlumat verdiyimiz kimi, “Hackathon Azərbaycan” layihəsi çərçivəsində təşkilatçılar tərəfindən “oyun içində oyun” adlandırılan “Eurovision” mövzusunda mobil proqram müsabiqəsi elan olunmuşdu. Müsabiqəyə proqram qəbulu artıq başa çatıb.

Müsabiqədə Android platforması üçün Azərbaycan və ya ingilis dilində yazılan tətbiqlər (Applar) yarışır.

Müsabiqəyə tətbiqlər baş sponsor Samsung şirkətinin ofisində, şirkət nümayəndələri və layihənin baş meneceri Rəşad Əliyev tərəfindən müzakirəyə çıxarlıb. Aparılan müzakirələr nəticəsində qərara gəlinib ki, tətbiqlərə rəhbərlik səviyyəsində də baxış keçirilsin.

Beləliklə, “Eurovision” mövzusunda mobil proqram müsabiqəsinin qaliblərinin elanı 6 may tarixində, yəni “Android Erası” yarışmasının yekun tədbirinə planlaşdırılır.

Təqbiqin əvəlində Hackathon Azerbaijan, Samsung loqoları, həmçinin tətbiqinizə uyğun Eurovision loqosu olması vacibdir. (Loqoları burdan yükləyə bilərsiz)

Məlumat üçün qeyd edək ki, ən yaxşı tətbiq yazmış qalibə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək. Bundan əlavə, əgər yazılan layihələr yüksək səviyyəli olarsa Samsung şirkəti smartfonlarında o tətbiqləri yerləşdirəcək. Bu tətbiqlər smartfonlarda əsas proqramlar siyahısında olacaq.

Hackathon – hacker neologiyasıdır – proqramistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.