Android Erası 2 – ilk təlimi baş tutdu!

Written by Androidage2 on . Posted in Android Erası2

1 Aprel 2012-ci il tarixində Xəzər Universitetində Samsungun platin sponsorluğu ilə “Android Erası 2″ yarışmasının ilk təlimi baş tutdu.
Rəcəb Davudovun rəhbərliyi ilə keçirilən təlimdə yarışma iştirakçılarına Android proqramlaşdırmaya giriş və təməl məlumatlar verildi, nümunə tətbiqlər yazıldı. Həmçinin təlimdə Android tətbiq yazmaq üçün zəruri proqramlar və onları qurulması izah edildi.

Təlimdə hazırlanan nümunə tətbiqləri isə buradan yükləyə bilərsiniz.

“Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi keçirilib

Written by ellada on . Posted in Android Erası2

Bu gün Xəzər Universitetində Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” çərçivəsində həyata keçirilən “Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi baş tutub.

Tədbiri açıq elan edən Təşkilat Komitəsinin üzvləri tədbir iştirakçılarını salamladıqdan sonra çıxışlara başladılar.

İlk olaraq çıxış edən Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli “Hackathon Azerbaijan” layihəsinin uğurlarının həm ölkəmizin gəncləri, həm də İnformasiya Texnologiyaları sahəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini dilə gətirdi.

Təşkilat Komitəsinin üzvü Rəcəb Davudov “Android platformasından gəlir əldə etmək imkanları” mövzusunda təqdimatla çıxış etdi. Daha sonra çıxış edən Ramin Orucov ən çox tələbat duyulan mobil proqramlarla bağlı statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. O həmçinin, öz çıxışında ölkəmizdə də mobil biznes sahəsinin inkişaf etdiyini qeyd etdi. R.Orucov buna ən yaxşı nümunə kimi bu yaxınlarda – aprel ayının 6-da mobiz.az saytının təşəbbüsü ilə reallaşacaq “Azərbaycanda mobil biznes imkanları” adlı konfransın olacağını bildirdi.

Layihə rəhbəri Kamran Səmədli isə “Hackathon Azerbaijan”, “Android Erası”, “Baku GDG” barədə ətraflı məlumatlar verdi.
Daha sonra müsabiqənin baş sponsoru olan “Samsung” şirkətinin rəsmi nümayəndəsi Oqtay Məmmədov çıxış edərək, gənclərin bu layihəyə olan böyük marağından məmnunluq duyduqlarını ifadə etdi. O.Məmmədov “Samsung”un gələcəkdə də belə layihələrə yardımçı olacağını və gənclərin maraqlı ideyalarını dəstəkləmək niyyətində olduğunu qeyd etdi.

Sonda çıxış edən layihə meneceri Rəşad Əliyev və Təşkilat Komitəsinin üzvü Orxan Əhmədov yarışma qaliblərinə təqdim olunacaq hədiyyələrlə yarışmaçıları tanış etdilər.

Təqdim olunacaq hədiyyələr bunlardır:
I yer – Samsung Galaxy Note,
II yer – Samsung Galaxy Nexus,
III yer- Samsung Galaxy S II,

Bununla yanaşı müsabiqənin baş sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.

Bundan əlavə, R.Əliyev bildirdi ki, bu dəfə yarışma iştirakçılarını hədiyyələrlə birgə, maraqlı surprizlər də gözləyir. Belə surprizlərdən biri yarışma müddətində bütün developerlərə tamamilə pulsuz olaraq android market profili təqdim olunması ilə bağlıdır.

Daha sonra tədbir yarışma iştirakçılarının Təşkilat Komitəsinin üzvlərinə olan sualları ilə davam etdi.

Qeyd edək ki, “Android Erası 2” yarışması Samsungun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.

Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və “İlk addımlar” layihəsidir.

“Android Erası 2” yarışmasının açılış mərasimi keçiriləcək

Written by ellada on . Posted in Android Erası2

Daha öncə də məlumat verdiyimiz kimi, Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan Hackathon Azərbaycan-ın “Android Erası2” müsaqbiqəsinə start verilib. 15-23 Mart tarixləri arasında davam edən qeydiyyat mərhələsi artıq başa çatıb. 124 müraciətdən, 86 nəfər yarışmada iştirak hüququ qazanıb.

Sabah, 25 Mart 2012-ci il tarixində, saat 10:30-da Xəzər Universitetində ( Neftçilər kampusunda) “Android Erası2” yarışmasının açılış mərasimi keçiriləcək. Tədbirdə yarışma barədə ətraflı informasiya, müsabiqədə iştirak şərtləri, Android platformasından gəlir əldə etmək imkanları, ən çox tələbat duyulan mobil proqramlar barədə məlumatlar veriləcək.

Bundan əlavə, müsabiqənin baş sponsoru Samsung tərəfindən xüsusi olaraq həyata keçirilən, bütün Android həvəskarları üçün açıq olan “Eurovision” və “EuroCUP” yarışları haqqında da geniş məlumat təqdim olunacaq.

Qeyd edək ki, “Android Erası 2” yarışması Samsungun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.

Yarışma müddətində 50-dən çox Application (tətbiqi proqram) yazılışı nəzərdə tutulur. Burada məqsəd Azərbaycan dilində olan proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və “İlk addımlar” layihəsidir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Təqdim olunacaq hədiyyələr bunlardır:

I yer – Samsung Galaxy Note,
II yer – Samsung Galaxy Nexus,
III yer- Samsung Galaxy S II,

Bununla yanaşı müsabiqənin baş sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.

Hackathon – hacker neologiyasıdır – proqramistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir. Ətraflı məlumatı www.hackathonazerbaijan.org saytından əldə edə bilərsiniz.

“Android Erası 2” Təşkilat Komitəsinin növbəti görüşü baş tutub

Written by ellada on . Posted in Android Erası2

Samsung-un baş sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışmasının qeydiyyat mərhələsi artıq yekunlaşıb.

Bu gün – 24 mart tarixində “Android Erası 2” yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü baş tutub. Görüşdə əsas müzakirə mövzusu mart ayının 15-dən etibarən start götürən seçim turunun nəticələri ilə bağlı olub.

Qeyd olunub ki, 15-23 mart arasında keçirilən qeydiyyat mərhələsində 124 müraciət qeydə alınıb. Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb.

Görüşdə həmçinin, 25 mart tarixində seçim prosesinin nəticələri ilə bağlı keçiriləcək tədbir barədə də fikir mübadilələri aparılıb. Seçim mərhələsindən uğurla keçəcək iştirakçılar üçün nəzərdə tutulan treninq-məşğələlərinə dair müzakirələr də görüşün əsas mövzularından biri olub.

“Android Erası 2” Təşkilat Komitəsi görüş keçirib

Written by ellada on . Posted in Android Erası2

18 mart tarixində “Android Erası 2” mobil proqramçıların növbəti yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü olub. Görüşdə yarışma qaliblərinə təqdim olunacaq hədiyyələr nümayiş olunub. Bundan əlavə, mart ayının 15-dən etibarən start götürən seçim turunun vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Təşkilat Komitəsindən verilən məlumata əsasən, seçim turunun elan olunmasından çox az bir müddət ötməsinə baxmayaraq, artıq 60-dan çox proqramçı öz bacarığını nümayiş etdirmək üçün qeydiyyatdan keçib.

Görüşdə həmçinin, 25 mart tarixində seçim prosesinin nəticələri ilə bağlı keçiriləcək tədbir barədə də fikir mübadilələri aparılıb. Seçim mərhələsindən uğurla keçəcək iştirakçılar üçün nəzərdə tutulan treninq-məşğələlərinə dair müzakirələr də görüşün əsas mövzularından biri olub.

Məlumat üçün bildirək ki, yarışmanın seçim mərhələsi hələ də davam etməkdədir. Belə ki, Siz 23 mart tarixinə qədər www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçib yarışmaya qoşula bilərsiniz. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək. Mart ayının 25-də isə yarışmada iştirakı təsdiqlənmiş üzvlərlə görüş reallaşacaq.

Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və “İlk addımlar” layihəsidir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Təqdim olunacaq hədiyyələr bunlardır:

I yer – Samsung Galaxy Note,

II yer – Samsung Galaxy Nexus,

III yer- Samsung Galaxy S II,

Bununla yanaşı müsabiqənin platin sponsoru olan “Samsung” şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP-a dəstək məqsədi ilə digər həvəsləndirici yarışmalar da gerçəkləşəcək. Həmin yarışmaların qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.

Hackathon – hacker neologiyasıdır – proqramistlərin birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathonun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Hackathon Azerbaijan sözügedən hadisənin Azərbaycanda təşkil edən bir lahiyədir. Baku Google Technology User Group tərəfindən yaradılan bu lahiyənin əsas məqsədi yerli proqramistlərin və texnologiya həvəskarlarının öz biliklərini yoxlaması, bir-biriləri ilə yarışması, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir.

Android Erası 2-yə hazırlıqlar gedir

Written by androidage2 on . Posted in Android Erası2

11 Mart tarixində Hackathon Azerbaijan komandasının Android Erası 2-yə hazırlıqlarla əlaqədar növbəti görüşü keçirilmişdir.

Görüşdə yarış qaliblərinə veriləcək hədiyyələr, sponsorlarla işlər, yarışmanın qaydaları, tanıtım barədə müzakirələr edilmişdir.

Qeyd edək ki Android Erası 2 yarışması 15 Mart – 6 May tarixlərində keçiriləcək.